UN-Habitat: Dünyada 1,1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır

İnfrastruktur
  • 21 may, 2026
  • 13:07
UN-Habitat: Dünyada 1,1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır

Bu gün dünyada 1,1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır və beynəlxalq ictimaiyyət bu problemin həllinə yanaşmanı ən qısa müddətdə dəyişməlidir.

"Report" xəbər verir ki, bu barədə UN-Habitat-ın nümayəndəsi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bəyan edib.

Qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı vəziyyət haqqında danışan natiq vurğulayıb ki, bu gün əhalinin ən həssas təbəqələri məhz bu ərazilərdə cəmləşib. Eyni zamanda, göstərilən səylərə baxmayaraq, bu zonaların sakinlərinin ümumi sayı sürətlə artmağa davam edir.

Təşkilat nümayəndəsinin sözlərinə görə, mövcud vəziyyət beynəlxalq ictimaiyyətdən köhnəlmiş doqmalardan imtina etməyi tələb edir. Hazırda BMT-Habitat üzv dövlətlərlə birgə mövcud tendensiyanı dəyişdirməyi nəzərdə tutur. Bunun üçün qeyri-rəsmi yaşayış məntəqələrinin kompleks inkişafına və mənzil problemlərinin sistemli həllinə yeni yanaşmalar işlənib hazırlanır.

44 - Tezliklə