UN-Habitat: 1 milyarddan çox insan qeyri-formal məskunlaşma yerlərində yaşayır
- 19 may, 2026
- 14:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda 1 milyarddan çox insan qeyri-formal məskunlaşma yerlərində yaşayır.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı Direktoru xanım Anaklaudia Rossbax bəyan edib.
Onun adından bəyanatı Un-Habitat-ın Qlobal Həllər Şöbəsinin direktoru Rafels Tuts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də oxuyub.
A.Rossbaxın sözlərinə görə, onlar iqlim maliyyələşdirilməsindən cüzi pay aldıqları halda, iqlim təhlükələrinə qeyri-mütənasib dərəcədə daha çox məruz qalırlar: "Bu, potensialın deyil, idarəetmənin uğursuzluğudur. Qarşımızdakı tövsiyələr təkmilləşdirmə strategiyalarının iqlim fəaliyyətini mənzil şəraitinin yaxşılaşdırılması ilə açıq şəkildə birləşdirməsini təmin etməlidir: bu proseslər iştirakçı, çoxsəviyyəli, hüquqlara əsaslanan və adekvat maliyyə ilə dəstəklənən olmalıdır".