Ukrayna şirkətləri Bakı metropoliteninin əlavə xəttinin tikintisində iştirak etməyi planlaşdırır

İnfrastruktur
  • 30 dekabr, 2015
  • 11:23
Ukrayna şirkətləri Bakı metropoliteninin əlavə xəttinin tikintisində iştirak etməyi planlaşdırır

Bakı. 30 dekabr. REPORT.AZ/ Ukrayna şirkətləri Bakı metropoliteninin əlavə xəttinin tikintisi layihəsində iştirak etməyi planlaşdırır.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna regional inkişaf, tikinti və yaşayış-kommunal təsərrüfatı naziri Gennadi Zubko verib.

"Ukraynalı inşaatçılar özlərini yaxşı tərəfdən göstərə bilib. Onlar təkcə Aşqabadda metropoliten tikintisində yox, eləcə də Bakı metropoliteninin inşasında iştirak edə bilər", - G.Zubko Kiyevdə keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, burada söhbət Bakı metropolitenində 2016-2017-ci illərə planlaşdırılan əlavə xəttin inşasından gedir.