Ukrayna azad olunmuş ərazilərin bərpası sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir
- 18 may, 2026
- 15:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna ərazilərin bərpası sahəsində Azərbaycan təcrübəsini ətraflı öyrənmək niyyətindədir.
Bu barədə "Report"a Ukrayna İcmaların və Ərazilərin İnkişafı Nazirliyinin investisiya siyasəti şöbəsinin rəis müavini Yuliya Tyuleneva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) kuluarlarında bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi ərazilərin bərpası üçün fəal şəkildə yeni yanaşmaların axtarışındadır və bu istiqamətdə Azərbaycanın malik olduğu təcrübə onlarda böyük maraq doğurur.
"Bu, bizim üçün əla fürsətdir, çünki biz müxtəlif ölkələrin ən yaxşı təcrübələrini öyrənməyə çalışırıq və Azərbaycan bizim üçün belə nümunələrdən biridir. Biz ərazilərin bərpası və yenidən qurulması sahəsində bilik əldə etmək üçün şərait yaradan Azərbaycana minnətdarıq. Biz öz ərazilərini geri qaytarmağı bacaran Azərbaycanla fəxr edirik və ümidvarıq ki, yaxın zamanda biz də eyni addımı ata, sonra isə bu ərazilərin bərpasında təcrübənizdən istifadə edə biləcəyik", - o vurğulayıb.