Türkiyəli nazir: "BTQ dəmir yolu xətti gələn ilin ilk aylarında istifadəyə veriləcək"

İnfrastruktur
  • 29 noyabr, 2016
  • 15:35
Türkiyəli nazir: BTQ dəmir yolu xətti gələn ilin ilk aylarında istifadəyə veriləcək

Bakı. 29 noyabr. REPORT.AZ/ "Hədəf Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin 2017-ci ilin əvvəlində istismara verilməsidir."

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bildirib.

O deyib ki, bu layihə təkcə Türkiyə üçün deyil, region üçün önəmlidir: “Hazırda işlər ciddi şəkildə davam etdirilir. İşçilər gecə-gündüz çalışırlar. Yaşadığımız regionda mövcud bazarların dəmir yoluna ehtiyacı var. BTQ gələn ilin ilk aylarında istifadəyə verilərək ticarətin və nəqliyyatın daha yüksək səviyyəyə çatmasını təmin edəcək."

44 filmi