"Türk Hava Yolları" İranın bir neçə şəhərinə uçuşları dayandırdı

İnfrastruktur
  • 24 fevral, 2020
  • 12:43
Türk Hava Yolları İranın bir neçə şəhərinə uçuşları dayandırdı

"Türk Hava Yolları" şirkəti İranda koronavirusun yayılmasını nəzərə alaraq bu ölkənin Məşhəd, Təbriz və Şiraz şəhərlərinə uçuşları fevralın 27-nə qədər dayandırıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Səhiyyə Nazirliyi İran vətəndaşlarının təyyarə ilə ölkəyə daxil olmasını qadağan edib.