“Türk Hava Yolları” Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları bərpa edir

İnfrastruktur
  • 03 sentyabr, 2018
  • 13:22
“Türk Hava Yolları” Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları bərpa edir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" (THY) şirkəti sentyabrın 6-dan Bakıdan İstanbulun Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşları bərpa edəcək. 

"Report" bu barədə şirkətə istinadən xəbər verir. 

Xatırladaq ki, sözügedən istiqamətdə uçuşlar 2015-ci il martın 15-də başlayıb və 2016-cı ilin payızında dayandırılıb, indi isə yenidən bərpa edilir. 

THY-nin Bakı nümayəndəliyinin məlumatına görə, Bakı-İstanbul aviareysləri həftədə 3 dəfə yerinə yetiriləcək. İstanbuldan Bakıya uçuşlar həftənin IV, VI və VII günləri saat 21:15-də, Bakıdan İstanbula isə həftənin I, V və VII günləri saat 03:55-də həyata keçiriləcək.

Qeyd edək ki, hazırda THY İstanbuldan Bakıya həftədə 4 reys üzrə uçuşlar yerinə yetirir. Sabiha Gökçen hava limanına uçuşların bərpa edilməsi ilə uçuşlarının sayı 5-ə çatdırılacaq.