Tsyan Vey: "Bakı limanı Xəzərin qərb sahilində Avropaya əsas qapı kimi nəzərdən keçirilir"

İnfrastruktur
  • 09 sentyabr, 2026
  • 13:49
Tsyan Vey: Bakı limanı Xəzərin qərb sahilində Avropaya əsas qapı kimi nəzərdən keçirilir

Bakı Beynəlxalq Dəniz Limanı Xəzər dənizinin qərb sahilində Avropaya açılan yeganə dəniz qapısı və nəqliyyat qovşağı kimi böyük inkişaf potensialına malikdir.

Bunu Çinin Lyanyunqan limanının xarici əlaqələr üzrə vitse-prezidenti Tsyan Vey (Jiang Wei) Bakıda keçirilən " Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda beynəlxalq konfransın kuluarlarında "Report"un sualını cavablandırarkən jurnalistlərə bildirib.

"Biz "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Bakı limanı ilə əməkdaşlığa xüsusi diqqət yetiririk. Bu gün səhər ADY-nin sədri Rövşən Rüstəmovla görüşdüm və əməkdaşlıqla bağlı aktual məsələləri ətraflı şəkildə müzakirə etdik. Biz ilk növbədə, Azərbaycan Dəmir Yollarının və Bakı limanının infrastrukturu ilə səmərəli inteqrasiya yaratmaq məqsədilə nəqliyyat qovşaqları sistemimizi qərb istiqamətində genişləndirməyə davam etmək niyyətindəyik", - T. Vey qeyd edib.

44 - Tezliklə