TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin 18%-ni tranzit yüklər təşkil edib

İnfrastruktur
  • 17 dekabr, 2018
  • 16:37
TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin 18%-ni tranzit yüklər təşkil edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 43375,4 min ton, yük dövriyyəsi isə 9490,1 milyon ton-km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 27326,7 min tonu və ya 63%-i avtomobil nəqliyyatı, 10361,0 min tonu və ya 23,9%-i dəmir yolu nəqliyyatı, 5687,7 min tonu və ya 13,1%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 17,9%-ni və ya 7766,0 min tonunu tranzit yüklər təşkil edib.