TRACECA-nın Azərbaycan hissəsi ilə yük daşımaları azalıb

İnfrastruktur
  • 20 iyun, 2019
  • 06:27
TRACECA-nın Azərbaycan hissəsi ilə yük daşımaları azalıb

Bu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 16,861 milyon ton təşkil edib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 209,5 min ton və yaxud 1,2% azdır.

Bu dövr müddətində TRACECA-nın Azərbaycan hissəsindən daşınmış yük dövriyyəsi isə 3 603,6 milyon ton-km olub ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 75,8 milyon ton-km və ya 2,1% azdır.

Yüklərin 10,835 milyon tonu və yaxud 64,3%-i avtomobil nəqliyyatı, 4,257 milyon tonu və yaxud 25,2%-i dəmir yolu nəqliyyatı, 1,77 milyon tonu və yaxud 10,5%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 16,7%-ni və yaxud 2,809 milyon tonunu tranzit yüklər təşkil edib ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 611 min ton və yaxud 17,9% azdır.