TBNM ölkələri Almatıda Orta Dəhlizin inkişafına dair sazişlər imzalayıb

İnfrastruktur
  • 01 oktyabr, 2025
  • 17:53
TBNM ölkələri Almatıda Orta Dəhlizin inkişafına dair sazişlər imzalayıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ölkələrinin nümayəndələri Almatıda keçirilən "New Silk Way" forumu çərçivəsində dəhlizin inkişafına yönəlmiş bir sıra mühüm sazişlər imzalayıblar.

Bu barədə "Report"un Qazaxıstan bürosu ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

İmzalanma mərasimində Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, həmçinin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze iştirak edib.

Nazirlikdə qeyd ediblər ki, tərəflər "TBNM-də "darboğaz"ların aradan qaldırılması üzrə Tədbirlər Planı" imzalayıblar. Bu plan Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu idarələrinin razılaşdırılmış fəaliyyətini, həmçinin EBRD və "Aktau Beynəlxalq Dəniz Ticarət Limanı" SC arasında liman infrastrukturunun maliyyələşdirilməsi və STS kranlarının alınmasına dair sazişi nəzərdə tutur.

"Bu razılaşmalar iştirakçı ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə, daşımaların müntəzəmliliyinin təmin edilməsinə və Orta Dəhlizin tranzit potensialının artırılmasına yönəlib", - məlumatda qeyd olunur.

Görüş zamanı tərəflər həmçinin dəhlizin əsas marşrutlardan biri kimi strateji əhəmiyyətini vurğulayıblar. Nəqliyyat bağlantılarının inkişafı, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və dəhlizin beynəlxalq arenada rəqabətqabiliyyətinin artırılması perspektivləri müzakirə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti