Şuşa şəhərinin su və kanalizasiya sisteminin yaradılmasına çəkiləcək xərc açıqlanıb

İnfrastruktur
  • 15 oktyabr, 2024
  • 09:25
Şuşa şəhərinin su və kanalizasiya sisteminin yaradılmasına çəkiləcək xərc açıqlanıb

Şuşa şəhərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılmasına 32 milyon 50 min manat vəsait sərf olunacaq.

"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Tikinti işlərini "Protean Construction" ASC aparacaq. O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin elan etdiyi tenderin qalibi olub.

Müqaviləyə əsasən, tikinti işlərinin 2025-ci ilin dekabrın sonunadək yekunlaşması planlaşdırılır.