“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üçün lazımi topraqları “Azərbaycan Dəmir Yolları” alacaq
- 27 sentyabr, 2019
- 06:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Nazirlər Kabineti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, qərar Baş Nazir Novruz Məmmədov imzalayıb.
Qərarda deyilir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə ölkə prezidentinin 15 fevral 2011-ci il tarixli fərmanına, sözügedən orqan “Azərbaycan Dəmir Yolları” QSC müəyyən edilsin. Qurum bununla bağlı təkliflərin hökumətə təqdim etməlidir.
Qərarın icrasına nəzarət Nazirlər Kabineti aparatının regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.