Şimal-Cənub dəhlizinin tranzit yükdaşıma qabiliyyəti 15 milyon tona çatdırılacaq
- 11 avqust, 2023
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
2030-cu ilə qədər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tranzit yükdaşıma qabiliyyətinin 15 milyon tona çatdırılması nəzərdə tutulur.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın nəqliyyat nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib.
Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün görüləcək işlər ötən ilin sentyabr ayında Rusiya, İran və Azərbaycanın yüksək vəzifəli rəsmilərinin Bakıda keçirilmiş görüşündə müzakirə edilib. Tərəflər birgə investisiya və maliyyələşdirmə imkanları, əsas infrastrukturların tamamlanması, inkişafı və istismarı, xüsusilə Rəşt-Astara dəmir yolu xəttinin tikintisi, malların transsərhəd daşımalarının asanlaşdırılması, bu trafikin keyfiyyətinin və kəmiyyətinin artırılması imkanları barədə fikir mübadiləsi aparıb.