"Şimal-Cənub" dəhlizi ilə daşınan yüklərin həcmi açıqlanıb

İnfrastruktur
  • 09 sentyabr, 2026
  • 12:55
Şimal-Cənub dəhlizi ilə daşınan yüklərin həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 24 % artıb.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti "ADY Express" MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə həyata keçirilən tranzit yük daşımalarının həcmində əhəmiyyətli artım qeydə alınıb: "Bu ilin yanvar-avqust ayları ərzində Şimal-Cənub istiqamətində 452 412 ton yük daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 % çoxdur. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-avqust dövründə bu göstərici 365 450 ton təşkil edib".

O qeyd edib ki, cari ilin yanvar-avqust ayları ərzində "Şərq-Qərb" tranzit yük daşımalarının həcmində əhəmiyyətli artım qeydə alınıb: "Bu dövrdə daşınan yüklərin ümumi miqdarı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18 % çox olub.

Belə ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində Şərq-Qərb istiqamətində 2 362 858 ton yük daşındığı halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 2 777 718 tona çatıb. Nəzərə almaq lazımdır ki, bu sırf Orta Dəhlizlə bağlı göstərici deyil. Bu, Şərqdən Qərbə və əks istiqamətdə bütün marşrutlar vasitəsilə daşınan yüklərlə bağlı göstəricidir".

44 - Tezliklə