Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrılıb
İnfrastruktur
- 23 oktyabr, 2017
- 14:03
Bakı. 23 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla on yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Son xəbərlər
20:17
Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib
Elm və təhsil20:15
Foto
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
Futbol20:10
İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq
Digər ölkələr20:04
Foto
Video
Bərdədə yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
Hadisə19:53
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
Region19:48
Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb
Sənaye19:42
Foto
Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatında 8 medal qazanıblar
Fərdi19:40
Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşüb
Xarici siyasət19:31