Səfir: "Azərbaycan Böyük İpək Yolunun mühüm qovşağı və Çinin əsas tərəfdaşıdır"
- 10 sentyabr, 2026
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünün birgə qurulmasında Çinin əsas tərəfdaşıdır.
"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 34 il ərzində tərəflər daim qarşılıqlı hörmət, bərabərlik, fayda və yardım prinsiplərinə sadiq qalırlar:
"Siyasi qarşılıqlı etimad daha da dərinləşir, praktiki əməkdaşlıq müsbət nəticələr verir, humanitar mübadilələr isə getdikcə daha da sıxlaşır. Azərbaycan Böyük İpək Yolunun mühüm qovşağı, eləcə də "Bir kəmər, bir yol" təşəbbüsünün birgə qurulmasında əsas tərəfdaşdır".