Səbinə Hacıyeva: Tarixi binada yaşayanlar həmin tikilinin bərpasına məsul deyil

İnfrastruktur
  • 20 may, 2026
  • 14:30
Səbinə Hacıyeva: Tarixi binada yaşayanlar həmin tikilinin bərpasına məsul deyil

Tarixi binada yaşayan adamlar həmin tikilinin bərpasına məsul deyil.

"Report" xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Mədəni irsin və inklüziv şəhər rejenerasiyasının yenidən düşünülməsi" adlı müzakirədə deyib.

Onun sözlərinə görə, regenerasiyada əsas məsələ maliyyə ilə bağlı olduğundan, bu prosesin düzgün nizamlanması üçün sistemli strukturun olması vacibdir.

"Azərbaycanın təcrübəsi göstərir ki, yerli insanlarla qurumlar arasında davamlı əməkdaşlıq bu prosesin və təcrübənin özəyini təşkil edir. Tarixi binada yaşayan insanlar oranın bərpasını öz maliyyəsi ilə etməməlidirlər, bu düşüncə yanlışdır. Həmin insanların işi oranı qorumaqdır, binaya zərər verməməkdir. Hökumət həmin abidə və məhəllələri mühafizə edir, bərpasına maliyyə ayırır".