Sancay Şukla: "Mənzil problemi yalnız subsidiya ilə həll oluna bilməz"
- 21 may, 2026
- 10:33
Şəhərlərdə yaşayan iqtisadi cəhətdən zəif təbəqənin mənzil problemi yalnız subsidiya ilə həll oluna bilməz.
"Report" xəbər verir ki, bunu Hindistan Milli Mənzil Bankının idarəedici direktoru Sancay Şukla Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
"Əgər biz yalnız şəhər yoxsulları və ya iqtisadi cəhətdən zəif təbəqənin mənzilləri haqqında danışırıqsa, bu, yalnız subsidiya ilə həll oluna bilməz. Buna görə də biz mürəkkəb bir model hazırlamalı olduq. Subsidiya ilə yanaşı, bəzi hallarda torpaq sahəsi bank tərəfindən verilir, tikinti isə torpağın ayrıldığı şəxs tərəfindən həyata keçirilir. Digər halda, biz subsidiyanın bir hissəsini, həmçinin götürülən ipoteka kreditinin faiz hissəsini maliyyələşdiririk. Beləliklə, sistem çox sadədir. Hətta bu rəqəmlərin özü də göstərir ki, tikinti elə də çətin deyil", - o vurğulayıb.