Samia Nasimento Süleyman: Qeyri-rəsmi yaşayış məskənlərinin sakinləri üçün yerlərdə həll yolları lazımdır

İnfrastruktur
  • 21 may, 2026
  • 14:47
Samia Nasimento Süleyman: Qeyri-rəsmi yaşayış məskənlərinin sakinləri üçün yerlərdə həll yolları lazımdır

Qeyri-rəsmi yaşayış məskənlərinin transformasiyasına onların ləğvi yolu ilə yox, risklərin aradan qaldırılması yolu ilə baxılmalıdır.

"Report" xəbər verir ki, bunu Braziliyanın Şəhərlər Nazirliyinin Risklərin qarşısının alınması və azaldılması departamentinin baş koordinatoru Samia Nasimento Süleyman Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsindəki panel sessiyasında çıxışı zamanı bildirib.

O bildirib ki, bu zaman insanların öz yaşadıqları ərazilərdə qalmaq hüququ qorunmalı və əsas infrastruktur təmin edilməlidir.

"Biz müzakirə edirik ki, insanların öz ərazilərində təhlükəsiz şəraitdə qala bilmələri üçün hökumətlər infrastruktur, təhsil və əsas xidmətləri necə təmin edə bilərlər", - o bildirib.

S.Süleyman qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin inkişafı onların şəhər məkanından kənarlaşdırılması yolu ilə deyil, yerli icmaların iştirakı, eləcə də şəhər, sosial və iqlim siyasətlərinin inteqrasiyası vasitəsilə qurulmalıdır.

44 filmi