"Sağlam Şəhərlər": Sağlamlığın 75 %-i yaşanılan mühitdən asılıdır
- 19 may, 2026
- 18:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Sağlamlığın 75 %-i yaşanılan mühitdən asılıdır.
"Report" xəbər verir ki, bunu "Sağlam Şəhərlər" təşkilatının təsisçisi Sebastiaan Van Herk Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycan: Sağlam Evlərin Nəbzi" adlı tədbirdə bildirib.
"Mənzil şəraiti çox vacibdir və sağlamlıq üçün bir alətdir. Mən əvvəllər su və iqlim sahəsində işləmişəm. Biz böyük investisiya proqramları həyata keçirirdik. Gördük ki, ən böyük təsir əslində sağlamlıq üzərindədir. Ona görə də düşündük ki, niyə şəhəri elə birbaşa sağlamlıq üçün inşa etməyək, düzdür? Beləliklə, buradan başlayaraq, mənzil məsələsi bura necə daxil olur? Bizim "Sağlam Şəhər Generatoru" adlı alətimiz (resursumuz) var. Bu alət vasitəsilə biz bütün şəhər determinantlarını (bunu formalaşdıran amilləri) və onların sağlamlığa necə təsir etdiyini qeyd edirik. Mənzil şəraiti bunlardan biridir, digərləri isə mobillik, yaşıllaşdırma və s. Beləliklə, biz hər bir amilin sağlamlığa təsirini faktiki olaraq hesablaya bilirik. Və bu çox vacibdir, çünki soruşursunuz ki, şəhərlər bizə müraciət edəndə nə istəyirlər; onlar tez-tez sağlamlığın vacib olduğunu, şəhərsalma və mənzil şəraitinin sağlamlıq üçün əhəmiyyətli olduğunu bilirlər, lakin nə edəcəklərini, necə hərəkətə keçəcəklərini tam bilmirlər - əsasən hərəkətə keçmək istəyirlər. Biz də onların bildikləri ilə real fəaliyyət arasındakı o boşluğu bir növ doldururuq (körpü salırıq)", - deyə o qeyd edib.
Qonağın sözlərinə görə, beləliklə, bir ərazini, şəhər zonasını, şəhəri qiymətləndirəndə onun nə dərəcədə sağlam olduğunu yoxlanılır: "Haraya diqqət yetirməli olduqlarını dəqiq göstəririk. Həmçinin şəhərsalma layihələrini qiymətləndirə bilirik, hansının sağlamlığa ən yüksək müsbət təsir göstərəcəyini görə bilirik. Bəli, buna bir nümunə gətirmək üçün BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkür etmək istəyirəm, çünki biz Avropada 50-dən 100-ə qədər şəhər üçün çoxlu işlər görmüşük. Biz bunu digər şəhərlərdə tam sınaqdan keçirməmişdik, onlar dedilər ki: "Sizin etdiyiniz iş unikaldır, xahiş edirik bunu Qlobal Cənubda da yoxlayasınız". Beləliklə, biz birlikdə bir proqram icra etdik və Afrika, Asiya, Cənubi Amerika və s. şəhərlərinə getdik. Gördük ki, mənzil məsələsinin də bura daxil olduğu bu yanaşmanı tətbiq etmək orada da hədsiz dərəcədə aktualdır. Beləliklə, biz metodologiyamızı təkmilləşdirərək bura qeyri-rəsmi yaşayış məskənləri, təhlükəsizlik kimi elementləri və bu kimi digər məsələləri də daxil etdik ki, onlar da nəzərə alınsın. Buna görə də UN-Habitat-a bu məsələdə təşəkkür edirəm".