Sabirabadda Kür çayı üzərində üzən nasos stansiyası tikiləcək
- 16 oktyabr, 2024
- 12:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması məqsədilə Kür çayı üzərində (Sabirabad rayonunun ərazisi) üzən nasos stansiyasının və suqəbuledici qurğunun tikintisinin ehtimal olunan qiyməti 2 milyon 413 min 687,64 manat təşkil edir.
Bu barədə "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 1 000 manat iştirak haqqı ödəməlidirlər.
İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Təkliflər okyabrın 30-u saat 15:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.