Sabah Bakı-Sumqayıt qatarları istirahət günlərinin qrafiki ilə işləyəcəklər

İnfrastruktur
  • 19 yanvar, 2023
  • 07:48
Sabah Bakı-Sumqayıt qatarları istirahət günlərinin qrafiki ilə işləyəcəklər

Yanvarın 20-də Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkətdə olan elektrik qatarları istirahət günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Qeyri-iş günlərində hərəkətdə olan qatarların siyahısı ilə buradan tanış olmaq mümkündür.