Rusiya vətəndaşlarının ölkələrinə Azərbaycan üzərindən qayıtması təklif olunur

İnfrastruktur
  • 05 mart, 2022
  • 11:30
Rusiya vətəndaşlarının ölkələrinə Azərbaycan üzərindən qayıtması təklif olunur

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviatsiya”) Qərb ölkələrindəki vətəndaşlarına Azərbaycan üzərindən vətənə qayıtmağı təklif edir.

“Report”un Rusiya bürosu xəbər verir ki, qurumun açıqlamasında həmçinin Serbiya, Türkiyə, Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Qazaxıstan da mümkün istiqamət kimi sadalanıb.

Qeyd edək ki, “Rosaviatsiya” Rusiya vətəndaşlarının vətənə qayıtmaları üçün əlverişli marşrut tərtibatı üzərində çalışır.

Belə ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra bir sıra ölkələr öz hava məkanına Rusiya təyyarələrinin girişinə qadağa qoyub.

44 filmi