Rüfət Mahmud: "İçərişəhərin UNESCO-nun "təhlükəli irs siyahısı"na düşməsi ehtimalı yoxdur"

İnfrastruktur
  • 20 may, 2026
  • 12:17
Rüfət Mahmud: İçərişəhərin UNESCO-nun təhlükəli irs siyahısına düşməsi ehtimalı yoxdur

İçərişəhərin UNESCO-nun "təhlükədə olan dünya irsi siyahısı"na düşməsi ehtimalı sıfıra bərabərdir.

Bunu "Report"a açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin Sədri Rüfət Mahmud bildirib.

Onun sözlərinə görə, UNESCO ilə çox sıx əməkdaşlıq aparılır: "Mütəmadi olaraq UNESCO mütəxəssisləri İçərişəhərə səfər edir, abidələrin qorunması ilə bağlı rəy bildirirlər. Rəylər adətən müsbət olur, çünki İçərişəhərdə abidələrin qorunması ilə bağlı çox aktiv proqram keçirilir. Mütəmadi monitorinqlər aparılır. Eyni zamanda, UNESCO-nun siyahısında olmaq sadəcə abidələrin qorunması deyil, bilirsiniz, bu, yaşayış olan bir şəhərdir, buradakı mühitin qorunması da çox önəmlidir. O istiqamətdə də çox aktiv işlər aparılır və dediyiniz "təhlükəli siyahı"ya düşmək ehtimalı sıfıra bərabərdir".