Rəşad Əzizov: Azərbaycanda yaradıcı sənayelər sahəsində mühüm institusional baza formalaşıb
- 19 may, 2026
- 14:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Son illərdə Azərbaycanda mədəni və yaradıcı sənayelər sahəsində mühüm institusional baza formalaşıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və Dayanıqlı Şəhər İnkişafı" adlı müzakirədə deyib.
R.Əzizov qeyd edib ki, hazırda Azərbaycanda bir neçə dövlət və özəl yaradıcı məkan və yaradıcı mərkəzləri fəaliyyət göstərir.
"Yaxın dövrdə rəqəmsal sənətçilər və elektron musiqiçilər üçün nəzərdə tutulan "Yaradıcı Çardaq", "Azərbaycanfilm" kinostudiyasında yaradılacaq gənc və müasir kinematoqrafçılar üçün "Yaradıcı Kino Mərkəzi" kimi yeni təşəbbüslərin inkişafı planlaşdırılır. Bu layihələr yaradıcı icmaların daha sistemli şəkildə dəstəklənməsi və mövcud infrastrukturun yeni məzmunla aktivləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".