Rektor: Azad olunmuş ərazilərdə həyata keçirilən layihələr urban inkişaf modeli kimi təqdim edilir

İnfrastruktur
  • 21 may, 2026
  • 14:38
Rektor: Azad olunmuş ərazilərdə həyata keçirilən layihələr urban inkişaf modeli kimi təqdim edilir

Azərbaycanın postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma layihələri beynəlxalq əhəmiyyətli urban inkişaf modeli kimi təqdim edilir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru (AzMİU), professor Gülçöhrə Məmmədova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və Tədqiqat" adlı dəyirmi masada deyib.

O bildirib ki, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında qurulan yeni yaşayış məkanları dayanıqlı şəhərsalma, müasir infrastruktur və insan mərkəzli urban planlaşdırma baxımından mühüm nümunədir:

"WUF13 kimi nüfuzlu beynəlxalq platformalar qlobal çağırışların müzakirəsi ilə yanaşı, universitetlər, elmi-tədqiqat mərkəzləri və qərarverici qurumlar arasında yeni akademik və institusional əməkdaşlıqların qurulmasına da geniş imkan yaradır".

44 filmi