Ramil Cahangirov: "Şərqi Zəngəzur şəhərlərinin memarlıq üslubu landşafta uyğun formalaşdırılır"
- 21 may, 2026
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Zəngilanda inşa edilən məktəb binası çox unikal formaya malikdir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramil Cahangirov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Zəngilanda ilk yaşayış məhəlləsi bu yaxınlarda sakinlərini qəbul edib: "Hətta Bakıda belə maraqlı məktəb dizaynımız yoxdur. Biz Şərqi Zəngəzur bölgəsinin üç şəhərinə – Zəngilana, Qubadlı və Kəlbəcərə xüsusi diqqət yetirdik. Bu şəhərlərin üslubunu araşdırsanız, əminəm, görəcəksiniz ki, onlar bir-birindən fərqlənir. Lakin bütün hallarda üslubları şəhərlərin simasına uyğun gəlir. Əvvəlki dövrlərdə, sovet vaxtında orada belə bir üslub mövcud deyildi, lakin bu gün bu üslubun şəhərin simasına, ətrafdakı dağlara və landşafta nə qədər uyğun gəldiyini görürük".
O bildirib ki, Kəlbəcərdəki məktəb də çox maraqlı memarlığa malikdir: "Bütün bu nümunələr göstərir ki, düzgün planlaşdırmadan əlavə, şəhərlərin üslubuna, görünüşünə və abu-havasına da üstünlük verilir. Nəticə etibarilə, bu layihənin faydalananlar onilliklər əvvəl doğma yurdlarından zorla qovulmuş və indi geri qayıdan insanlardır".