Raf Tuets: "WUF13 əməkdaşlığa dair mühüm memorandumların imzalanması üçün platforma olacaq" - EKSKLÜZİV

İnfrastruktur
  • 17 may, 2026
  • 10:33
Raf Tuets: WUF13 əməkdaşlığa dair mühüm memorandumların imzalanması üçün platforma olacaq - EKSKLÜZİV

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı bir sıra memorandumların və sazişlərin imzalanması planlaşdırılır.

Bu barədə "Report"a BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal həllər şöbəsinin direktoru Raf Tuets Bakıda keçirilən WUF13 çərçivəsində bildirib.

R.Tuetsin sözlərinə görə, bu forum beynəlxalq tərəfdaşlığın gücləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli bir platforma kimi çıxış edir.

"WUF13 çərçivəsində memorandumların bağlanması şəhərlərin dayanıqlı inkişafı və qlobal miqyasda mənzil problemlərinin aradan qaldırılması üzrə birgə fəaliyyət üçün yeni perspektivlər yaradır. Anlaşma memorandumları bir sıra beynəlxalq və milli strukturlarla imzalanacaq. Məsələn, iki təşkilat arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə "UN-Habitat" və Hindistan Mənzil Tikintisi və Şəhər İnkişafı Korporasiyası arasında anlaşma memorandumu bağlanacaq", - R. Tuets deyib.

Onun sözlərinə görə, forumda iştirak edən bir sıra tərəfdaşlarla anlaşma memorandumu imzalanacaq: "O cümlədən Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaqla. Onlar Bakıya gələn və bu imkandan anlaşma memorandumu imzalamaq üçün istifadə edən əhəmiyyətli tərəfdaşlardır. Bununla da WUF13 sadəcə bir müzakirə platformasına deyil, həm də bütün dünyada milyonlarla şəhər sakininin həyat keyfiyyətinə təsir göstərə biləcək konkret razılaşmaların katalizatoruna çevrilir".

44 - Tezliklə