Quba-Qonaqkənd avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

İnfrastruktur
  • 11 oktyabr, 2018
  • 14:12
Quba-Qonaqkənd avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Qubada 48 mənzilli yaşayış binasının tikintisi üçün də 3 milyon manat, Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün isə 2 milyon manat ayırıb.