Qovlar-Tovuz mənzilində 4,5 km-lik dəmir yolu xətti təmir olunur
- 02 aprel, 2018
- 06:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 aprel. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində bu gündən Qovlar-Tovuz mənzilində 4,5 km-lik yolun və Baş Ələt stansiyasında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanılıb.
“Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a verilən məlumata görə, bir həftə davam edəcək təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 507 km dəmir yolu əsaslı təmir olunub,136 yoldəyişən qurğu yenisi ilə əvəzlənib.