​Qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına dəyişiklik edilib

İnfrastruktur
  • 05 avqust, 2016
  • 21:32
​Qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına dəyişiklik edilib

Bakı. 6 avqust. REPORT.AZ/ Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

"Report"un məlumatına görə, qərara əsasən, siyahıya aşağıdakı məzmunda 41-ci hissə əlavə edilib:

“Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı xidmətlər”.