Qazaxda su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq
İnfrastruktur
- 08 yanvar, 2019
- 07:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan hökumətinin Asiya İnkişaf Bankı ilə birlikdə həyata keçirdiyi layihə çərçivəsində Qazaxda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılacaq.
Bu barədə "Report"a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
“İşlərə bu ilin I yarısında başlanılacaq. Həmçinin, beynəlxalq əməkdaşlıq çərçivəsində Almaniya İnkişaf Bankının (KFW) ayırdığı kreditlə bu il Gəncə və Şəkidə eyni işi davam etdirəcəyik. Bundan başqa, Səudiyyə İnkişaf Fondunun maliyyə dəstəyi ilə Xırdalanda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması başa çatdırılacaq", - o qeyd edib.
Son xəbərlər
17:56
Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Sənaye
17:53
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
Futbol
17:45
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Hadisə
17:43
Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Biznes
17:31
Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
İnfrastruktur
17:29
Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Digər ölkələr
17:21
İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır
Digər ölkələr
17:08
Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb
Biznes
17:02
Tunis Prezidentinə qarşı son illərin ən böyük etiraz aksiyası keçirilib
Digər ölkələr