"Bakı Metropoliteni" qarlı havada gücləndirilmiş iş rejimində çalışır
İnfrastruktur
- 27 fevral, 2025
- 10:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Metropoliteni" QSC qarlı hava şəraiti ilə bağlı hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə “Report” səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Bildirilib ki, keçidlər və açıq hava sahələri müntəzəm təmizlənir, buzlanmaya qarşı qum və duz səpilir.
Məlumatda həmçinin qeyd edilib ki, qatarlar qrafikə tam uyğun hərəkət edir, yubanma yoxdur.
“Bakı metrosunun işçi heyət tam gücü ilə çalışır və sərnişinlərə fasiləsiz xidmət göstərilir. Platformalar daim nəzarətdədir, təhlükəsizlik təmin edilir”, deyə məlumatda deyilir.
Bundan başqa, depo yollarında yoldəyişdirici qurğular qardan təmizlənir və qatarların fasiləsiz hərəkəti üçün açıq saxlanılır. Əlavə ehtiyat qatarlar hazır vəziyyətdədir.
Son xəbərlər
22:56
Video
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Xarici siyasət
22:52
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub
Digər ölkələr
22:37
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Fərdi
22:35
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
Region
22:20
İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb - YENİLƏNİB
Digər ölkələr
22:07
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib
Digər ölkələr
21:59
"Real" Tibo Kurtua ilə müqavilənin müddətini uzadır
Futbol
21:56
Foto
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
Xarici siyasət
21:52
Şaffer: Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi Ermənistanla sülhə yol açıb
Xarici siyasət