Qarğabazar karvansarayı bərpa ediləcək
İnfrastruktur
- 27 oktyabr, 2025
- 14:41
Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa edilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyinə məxsus "Əsaslı Tikinti və Təchizat" MMC hazırlığa başlayıb.
Məlumata görə, ilkin olaraq bərpa və ərazinin abadlaşdırılması ilə bağlı layihə-smeta sənədləri hazırlanacaq.
Füzuli şəhərindən 8 kilometr cənubda yerləşən Qarğabazar karvansarayının eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarayı da deyirlər. Onun memarı məlum deyil.
Son xəbərlər
05:35
İranda Hörmüzdə neft çirklənməsinin vurduğu zərər trilyonlarla dollar qiymətləndirilib
Region05:19
CENTCOM rəhbəri Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa çatdırıb
Digər ölkələr04:40
Fars ölkələrində ABŞ-ın İran siyasətindən narazılıq artır
Digər ölkələr04:18
Kolumbiya Prezidenti Trampdan yüksək gömrük rüsumlarını dayandırmağı xahiş edib
Digər ölkələr03:50
İngiltərədə tuneli bürüyən yanğın qatarların hərəkətini dayandırıb
Digər ölkələr03:22
Mərakeş İspaniya jurnalistlərini Fnidekdən çıxarıb
Digər ölkələr02:54
Foto
Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb
Hadisə02:39
Makron istirahət fotolarına görə müxalifətin tənqidinə məruz qalıb
Digər ölkələr02:08