Proqram rəhbəri: İnsanlara təbii fəlakətlər zamanı necə davranmağı öyrətmək vacibdir

İnfrastruktur
  • 21 may, 2026
  • 10:35
Proqram rəhbəri: İnsanlara təbii fəlakətlər zamanı necə davranmağı öyrətmək vacibdir

İnsanlara təbii fəlakətlər və fövqəladə hallar zamanı necə davranmağı öyrətmək vacibdir.

"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının layihə-inkişaf proqramlarının rəhbəri Həsən Alattas Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişə Zonalarında İnkişaf Proqramlarının Hazırlanması" sessiyasındakı çıxışında deyib.

O bildirib ki, bu sahədə təkcə yerli səviyyədə deyil, həm də beynəlxalq qurumlarla birlikdə hökumətin potensialını gücləndirmək zəruridir:

"Eyni zamanda, onları erkən xəbərdarlıq sistemləri ilə dəstəkləmək də böyük əhəmiyyət daşıyır. Bu məsələ xüsusilə vacibdir - çünki Yəmən böyük ölkədir və müxtəlif coğrafi landşaftlara malikdir. Orada hər il intensiv yağışlar və müxtəlif ekoloji problemlər baş verir. Buna görə də koordinasiya və digər qurumların, xüsusilə də BMT təşkilatlarının dəstəyi ilə orada erkən xəbərdarlıq sistemlərinin qurulması çox önəmlidir".