Pərvanə Vəliyeva: Yaşayış yerlərində ekoenerjidən istifadəni təşviq edirik

İnfrastruktur
  • 20 may, 2026
  • 12:38
Pərvanə Vəliyeva: Yaşayış yerlərində ekoenerjidən istifadəni təşviq edirik

Azərbaycan yaşayış yerlərində ekoenerjidən istifadə olunmasını təşviq edir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva WUF13 çərçivəsində keçirilən "Şəhər-Sənaye-İqlim Qarşılıqlı Əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılması" adlı tədbirdə deyib.

O bildirib ki, ekoenerji günəş və külək enerjisini özündə ehtiva edir:

"Parlamentdə bununla bağlı müvafiq qayda qəbul etmişik. Effektiv enerji ilə bağlı maliyyə bazarları axtarır, məsələni müzakirə edirik. Bu sadəcə siyasi yox, milli tələbdir. Azərbaycan artıq fond yaradaraq sahibkarlar üçün yaşıl enerji proqramlarını dəstəkləmək üçün proqramlar təqdim edir. Yaşayış yerlərində ekoenerjidən istifadə olunmasını təşviq edirik. Yaşıl enerji üçün prioritetin yaranması önəmli oldu. Biz yaşıl enerji modellərini dəstəkləyirik. Eyni zamanda, azad edilmiş əraziləri yenidən qururuq. Bu çərçivədə yeni infrastruktur yaradılıb, yeni inşa edilən yaşayış yerləri Günəş panelləri ilə təmin olunub".