Paytaxtdan kənarda ilk Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılıb

İnfrastruktur
  • 10 iyun, 2016
  • 14:57
Paytaxtdan kənarda ilk Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılıb

Bakı. 10 iyun. REPORT.AZ/ Paytaxtdan kənarda ilk Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, Abşeron rayonunun Masazır qəsəbəsində “Abşeron-1” MMMC təsis edilib və mayın 10-da dövlət qeydiyyatından keçib. Bununla da, ölkə üzrə MMMC-lərin sayı 23-ə çatıb.

Nazirlikdən bildirilib ki, ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.

Qeyd edək ki, Bakı şəhəri üzrə yaradılan MMMC-lərin 22-si Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.