Ötən gün Bakıda ekspres avtobuslarla 127 000-dən çox sərnişin daşınıb
- 17 sentyabr, 2026
- 18:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 16-da Bakı Metropolitenində xətlərinin ayrılması layihəsi çərçivəsində ekspres avtobuslarla 127 000-dən çox sərnişin daşınıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sərnişinlərə müraciətində qeyd edilib.
"Təkcə "28 May" Nəqliyyat Mübadilə Mərkəzindən 200 000-dən çox sərnişin istifadə edib", - məlumatda deyilir.
Bildirilib ki, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Böyük sərnişin axınına baxmayaraq, avtobuslar fasiləsiz xidmət göstərir. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə nəqliyyat mübadilə mərkəzlərinin nizamlı fəaliyyəti təmin olunur.
AYNA-nın müraciətində sərnişinlərdən avtobusu gözləyərkən avtomobil yolunda deyil, səkidə dayanmaları xahiş olunur. Bu, avtobusların dayanacağa maneəsiz və təhlükəsiz yaxınlaşması üçün vacibdir.
"Eyni zamanda avtobuslara minərkən növbəyə riayət etdiklə daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan yaranır", - məlumatda vurğulanıb.