Oriol İlya: Bələdiyyələr mənzil böhranının öhdəsindən təkbaşına gələ bilmirlər

İnfrastruktur
  • 22 may, 2026
  • 11:12
Oriol İlya: Bələdiyyələr mənzil böhranının öhdəsindən təkbaşına gələ bilmirlər

Mənzil böhranını aradan qaldırmaq üçün meqapolislərə bələdiyyə, regional və milli hökumət orqanları arasında yeni ərazi paktı lazımdır.

"Report" xəbər verir ki, bu barədə "Area Metropolitana de Barcelona"nın nümayəndəsi Oriol İlya WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı bələdiyyələr mənzil qiymətlərinin artması, iqlim riskləri və əhalinin şəhər mərkəzlərindən kənara kütləvi köçü ilə müstəqil şəkildə öhdəsindən gələ bilmirlər.

"Heç bir bələdiyyə təkbaşına spekulyasiya, qısamüddətli icarə və sakinlərin genişmiqyaslı sıxışdırılması problemini həll edə bilməz", - o deyib.

İlya həmçinin dövlət və özəl sektor arasında tərəfdaşlıqların inkişaf etdirilməsinə, eləcə də məlumatlara və uzunmüddətli ərazi planlamasına əsaslanan tənzimləmə sistemlərinin yaradılmasına çağırıb.