Ölkəyə idxal olunan qida məhsullarının yoxlanışını Qida Təhlükəsizliyi Agentliyi də həyata keçirəcək

İnfrastruktur
  • 05 fevral, 2018
  • 20:02
Ölkəyə idxal olunan qida məhsullarının yoxlanışını Qida Təhlükəsizliyi Agentliyi də həyata keçirəcək

Bakı. 5 fevral. REPORT.AZ/ “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”na dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Dəyişikliyə görə, dövlət sərhədinin buraxılış məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılmasını gömrük orqanları ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyi də həyata keçirəcək.

44 - Tezliklə