Nazir müavini: "SPECA Şəhərlər Forumu yalnız diplomatik dialoq platforması deyil"

İnfrastruktur
  • 20 may, 2026
  • 12:36
Nazir müavini: SPECA Şəhərlər Forumu yalnız diplomatik dialoq platforması deyil

Azərbaycan SPECA fonduna 3,5 milyon ABŞ dolları ayırıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə bildirib.

O, SPECA Şəhərlər Forumunun rəsmi açılışında SPECA Çoxtərəfli Tərəfdaşlıq Etimad Fondunun yaradılmasının mühüm praktiki addım olduğunu bildirib: "Özbəkistan və Qırğızıstanın da fonda qoşulması və töhfələri regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Fond şəhərlərarası əməkdaşlıq çərçivəsində infrastruktur və texnoloji layihələrin maliyyələşdirilməsinə xidmət edəcək. SPECA Şəhərlər Forumu yalnız diplomatik dialoq platforması deyil, həm də investisiya və real regional layihələrin icrası üçün işlək mexanizmdir".

44 - Tezliklə