Nazir müavini: Qırğızıstanda tikililərdə seysmik təhlükəsizliyin təmini əsas prioritetlərdəndir
- 20 may, 2026
- 17:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstanda tikili və qurğularda seysmik təhlükəsizliyinin təmin olunması əsas prioritetlərdən biridir.
"Report" xəbər verir ki, bunu Qırğız Respublikasının tikinti, memarlıq və mənzil-kommunal xidmətləri nazirinin müavini Talantbek Imanakun Uulu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər zəlzələsinə hazırlığın gücləndirilməsi, daha təhlükəsiz və daha davamlı şəhərlər üçün BMT-nin həlləri" adlı konfransda bildirib.
O qeyd edib ki, tikinti normaları sistemi ölkə ərazisində vahid layihələndirmə yanaşmasını təmin edən tikinti norma və qaydalarını, eləcə də müvafiq standartları özündə birləşdirir:
"Normativ bazanın modernləşdirilməsinin əsas nəticələrindən biri torpağın pik sürətlənmə xəritələrinin tətbiq olunmasıdır. Eyni zamanda, seysmik davamlı tikinti üzrə müasir hesablamalar və layihələndirmə metodları işlənib hazırlanır. Yeni yanaşmalar çərçivəsində seysmodavamlı bina və qurğuların hesablanma metodları təkmilləşdirilib, çoxmərtəbəli tikililər üçün icazə verilən göstəricilər artırılıb. Bundan əlavə, 1918 yaşayış məntəqəsi üzrə torpaq növü və yerli şəraitdən asılı olaraq pik sürətlənmə parametrləri müəyyən edilib".