Naxçıvana investisiya qoyuluşu qismən artıb

İnfrastruktur
  • 16 aprel, 2020
  • 10:27
Naxçıvana investisiya qoyuluşu qismən artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala vəsait qoyuluşları 189,4 mln manat təşkil edib.

“Report”un Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu da bir il öncəki göstəricidən 0,4% çoxdur.

Qeyd edək ki, 2019-cu ilin birinci rübündə muxtar respublikada əsas kapitala vəsait qoyuluşları 188,7 mln manat təşkil edib.