Mövlud Çavuşoğlu: “BTQ-dən daha yaxşı faydalanmaq istəyirik”
İnfrastruktur
- 28 iyul, 2022
- 12:31
“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttindən daha yaxşı faydalanmaq istəyirik”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı İlya Darçiaşvili ilə birlikdə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycan birlikdə regionun mənzərəsini dəyişdirən BTQ, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi çox önəmli layihələr həyata keçirib.
"Ukraynadakı müharibə səbəbindən Gürcüstan vasitəsilə quru yolla yük daşımaları artıb. Rusiya və digər ölkələrə yollanan Türkiyəyə məxsus yük maşınları və sürücülər bəzi gecikmələrlə üzləşirlər. Gürcüstan hökuməti bu problemlərin aradan qaldırılması üçün əlindən gələn dəstəyi verir”, - deyə nazir əlavə edib.
Son xəbərlər
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.04.2026)
Maliyyə08:57
Şirvanda keçmiş məhkumda 8 kiloqrama yaxın marixuana aşkarlanıb
Hadisə08:53
Pakistan İran-ABŞ danışıqlarının yeni mərhələsinin keçiriləcəyini elan edib
Digər ölkələr08:37
Livanın cənubunda daha bir İsrail hərbçisi həlak olub
Digər ölkələr08:08
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:50
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
İnfrastruktur07:43
Kanberra Hörmüzdə Vaşinqtona yalnız sabit atəşkəs olduğu halda kömək edəcək
Digər ölkələr07:12
Foto
Xəzər dənizində növbəti dəfə zəlzələ baş verib - YENİLƏNİB
Hadisə07:10