Metronun yeni stansiyasına istifadə edilən tikinti materiallarının həcmi məlum olub

İnfrastruktur
  • 25 noyabr, 2021
  • 09:21
Metronun yeni stansiyasına istifadə edilən tikinti materiallarının həcmi məlum olub

"Bakı Metropoliteni"nin "Bənövşəyi xətt"inin şərti adı "B-4" stansiyasının tikintisi üçün istifadə edilən tikinti materiallarının həcmi məlum olub.

Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin Tikinti departamentinin rəisi Məzahir Nəbiyev deyib.

M.Nəbiyev əlavə edib ki, stansiyanın üzərindən yol keçəcək:

"Əgər kiçik işləri nəzərə almasaq bu stansiyanın tikintisinə 5 300 ton armatur, 30 000 kubmetr beton istifadə olunacaq. Stansiyanın üzərindən yol keçəcəyi üçün burada qalın beton qatı tökülüb və bunun da yükgötürmə qabiliyyəti 300 min tondan çoxdur".

Qeyd edək ki, ümumən uzunluğu 170 metr olan stansiyanın dərinliyi relyefdən asılı olaraq 29-32 metr arasında dəyişir. Stansiyanın "8 Noyabr" stansiyası ilə birləşdirən 1 010 və 1 021 metr uzunluqlarında iki tunel inşa olunub.