Metronun "Avtovağzal" və "Xocəsən" stansiyalarında işıqlar müvəqqəti sönüb

İnfrastruktur
  • 22 may, 2023
  • 07:58
Metronun Avtovağzal və Xocəsən stansiyalarında işıqlar müvəqqəti sönüb

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "Avtovağzal" və "Xocəsən" stansiyalarında gərginlik düşməsi nəticəsində işıqlar müvəqqəti sönüb.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, problem qısa müddətdə aradan qaldırılıb. Sərnişinlərlə və qatarların hərəkəti ilə bağlı hər hansı problem yaşanmayıb.