Masallı və Lerikdə güzəştli şərtlərlə azot gübrəsi satılacaq
- 11 aprel, 2019
- 09:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC aprelin 12-də Masallı rayonunun Həsənli kəndində, aprelin 13-də isə Lerik rayonunun Nodada kəndində inzibati ərazi nümayəndəliklərinin binasında azot gübrəsinin güzəştli şərtərlə satışını həyata keçirəcək.
Nazirlikdən “Report”a verilən məlumata görə, satışdan bu kəndlərə yaxın bütün ətraf kəndlər yararlana biləcək.
Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştlə mineral gübrə əldə edə bilərlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Masallı rayonu üzrə (050) 287 12 12 (Seymur Nuriyev, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), Lerik rayonu üzrə isə (050) 677 51 25 (Mahmud Zahidov, Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) nömrəsi ilə əlaqə saxlaya bilərlər.