Lesotolu nazir: "Bakının "ağıllı şəhər" modelini tətbiq etmək niyyətindəyik"
- 20 noyabr, 2025
- 16:09
Lesoto Krallığı Bakının "ağıllı şəhər" modelini tətbiq etmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Lesoto Krallığının rabitə, elm və texnologiya naziri Nthati Moorasi Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkəsinin hazırda strategiyası, siyasəti rəqəmsal transformasiya sahəsində dünyanın digər ölkələrinə çata bilməkdir: "Bakıda "ağıllı şəhər" sistemləri tətbiq olunur. Əməkdaşlıq sahələrini dəyərləndirərkən ilk növbədə bunları düşünürəm: biz "ağıllı şəhər" modelini necə tətbiq edə bilərik? Şəhərdə baş verən hər bir prosesin qeydə alınmasına necə nail ola bilərik? Hazırda biz şəhərlərimizdə kamera sistemlərinin qurulması, yolların, nəqliyyatın idarə olunmasının yaxşılaşdırılması ilə bağlı layihə üzərində işləyirik".
N. Moorasinin fikrincə, iki ölkə arasında əməkdaşlıq üçün əsas sahə Bakıda "ağıllı şəhər" modelinin necə idarə olunduğunu öyrənməkdir: "Şəhərdə müasirliklə klassik üslubun birlikdə olması çox gözəldir. Burada hər şey ahəngdardır. Nəqliyyat, insanlar, polis - hamısı sakit, nizamlı və axıcı şəkildə fəaliyyət göstərir. Bu konfransın təşkili mükəmməldir. Bütün təşkilati işlər ən yüksək səviyyədədir. Hər şey çox gözəl təşkil olunub".