Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulmasına 5 milyon manat ayrılıb

İnfrastruktur
  • 28 avqust, 2018
  • 13:49
Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulmasına 5 milyon manat ayrılıb

Bakı. 28 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.